Azərbaycsn Premyer Liqasında XXXIII turun daha bir görüşü keçirilib. Sportnet.az-ın məlumatına görə, üçüncü oyun gününün son qarşılaşmasında "Araz-Naxçıvan" və "Zirə" komandaları üz-üzə gəlib.
Sumqayıt şəhərindəki "SOCAR Polymer Arena"da təşkil olunmuş matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb- 3:2.
Hesabı 15-ci dəqiqədə Patrik Andrade açıb. 32-ci dəqiqədə Felipe Santos "Araz-Naxçıvan"ın ikinci qolunu vurub.
İkinci hissədə isə qapılara 3 qol vurulub. 69-cu dəqiqədə Ruan Renato fərqi azaltsa da, cəmi 4 dəqiqə sonra Ramon Maçado nominal meydan sahiblərinin üçüncü qolunu vurub.
Lakin 82-ci dəqiqədə Junior Martins yenidən fərqi azaldıb. Uzatma dəqiqələrində isə Martins penaltini dəqiq yerinə yetirə bilməyib.
-------------------------
Azərbaycan Premyer Liqasında XXXIII turun növbəti matçı keçirilib.
Sportnet.az xəbər verir ki, üçüncü oyun gününün ilk görüşündə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda "Kəpəz" və "Neftçi" komandaları üz-üzə gəlib.
Baş hakim Vüqar Həsənlinin idarə etdiyi görüş paytaxt təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0.
Yeganə qolu 54-cü dəqiqədə Freddi Varqas vurub. 65-ci dəqiqədə isə onun komanda yoldaşı İfeanyi Metyu qırmızı vərəqə alıb.
Lakin "Kəpəz" qalan bölümdə say üstünlüyündən yararlana bilməyib.
Beləliklə, "Neftçi" xalını 59-a çatdırıb və çempionatı 4-cü pillədə başa vurub. 3-cü pillədəki "Turan Tovuz" eyni xala malik olsa da, məhz qələbə sayının çoxluğu səbəbindən "ağ-qaralar"ı geridə qoyub. Lakin hər iki klub Konfrans Liqasına vəsiqə qazanıb.
"Kəpəz" isə 27 xalla 10-cu yeri tutub və gələn mövsüm üçün Premyer Liqada yerini təmin edib.
-----------------------
Bu gün Azərbaycan Premyer Liqasında XXXIII turun daha 2 görüşü keçiriləcək.
Sportnet.az xəbər verir ki, qarşılaşmalar Sumqayıtda təşkil olunacaq.
Əvvəlcə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda "Kəpəz" və "Neftçi" komandaları üz-üzə gələcək.
Saat 15:00-da başlanacaq matçı baş hakim Vüqar Həsənli idarə edəcək. Oyun tərəflər üçün formal xarakter daşıyacaq. Hazırda 27 xalla 10-cu pillədə yer alan "Kəpəz" gələn mövsüm üçün Premyer Liqadakı yerini təmin edib. 56 xalla 4-cü yerdə qərarlaşan "Neftçi" isə Konfrans Liqasına vəsiqəyə yiyələnib.
Əvvəlki 65 oyunun 21-də "Kəpəz", 32-də "Neftçi" qələbə qazanıb və 12-si heç-heçə ilə yekunlaşıb. Topların nisbətində "ağ-qaralar"ın üstünlüyü belədir - 110:66.
“Kəpəz” son 8 qarşılaşmada qol vurubsa, “Neftçi” axırıncı 2 görüşdə qalib gəlib.
Günün digər görüşündə isə "Araz-Naxçıvan" "SOCAR Polymer Arena"da "Zirə"ni sınağa çəkəcək. Saat 19:00-da başlanacaq oyunu baş hakim Əkbər Əhmədov idarə edəcək.
32 turdan sonra "Araz-Naxçıvan" 43 xalla 6-cı, "Zirə" 53 xalla 5-ci yerdə gedir. Formal xarakterli matçın nəticəsi komandaların mövqelərinə heç bir təsir göstərməyəcək.
Əvvəlki 10 oyunun 3-də Naxçıvan, 4-də paytaxt təmsilçisi qələbə qazanıbsa, daha 3-ü heç-heçə ilə bitib. Topların nisbətində isə qartalların üstünlüyü 8:5-dir.
“Zirə” son 4 görüşdə uduzmayıb. Son 7 qarşılaşmada ikidən çox qol vurulmayıb.
Azərbaycan Premyer Liqası, XXXIII tur
23 may (şənbə)
15:00. “Kəpəz” – “Neftçi” - 0:1
Qol: Freddi Varqas, 54
Qırmızı vərəqə: İfeanyi Metyu, 65 (ciddi qayda pozuntusu)
Sarı vərəqələr: Şakir Seyidov, 20 (qeyri-idman hərəkəti); Rauf Hüseynli, 60 (qeyri-idman hərəkəti); Mate Abuladze, 80 (qeyri-idman hərəkəti); Şahnur İsmayılov, 90+4 (qeyri-idman hərəkəti) - İqor Ribeyro, 42 (qeyri-idman hərəkəti); Murad Xaçayev, 85 (qeyri-idman hərəkəti); Ağadadaş Salyanskiy, 90+3 (qeyri-idman hərəkəti)
Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 4 dəq
Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Zöhrab Abbasov, Əli Əliyev
VAR: Elçin Məsiyev
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Elgiz Abbasov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 500 tamaşaçı
“Kəpəz”: 81. Elgün Bayramov 99. Əli Səmədov (k) (83. Raul İsaqov, 63) 5. Rauf Hüseynli 88. Şakir Seyidov 66. Arzu Atakişiyev (20. Elcan Əbilov, 63) 21. Sadiq Şəfiyev (80. Şahnur İsmayılov, 46) 11. Rəhman Hacıyev (23. Fərid Kələntərov, 74) 29. Dioqo Verdaska 14. Adama Fofana 4. Mate Abuladze 10. Ryonosuke Ohori (30. Ruslan Quliyev, 82)
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov 17. Ümid Səmədov 6. Camal Cəfərov 57. Amur Yusifov 12. Mahamadu Ba
Baş məşqçi: Azər Bağırov
“Neftçi”: 1. Emil Balayev (k) 4. Elvin Camalov 17. Murad Xaçayev 77. Falaye Sako (70. Andrey Ştoqrin, 46) 5. İqor Ribeyro (15. Elvin Bədəlov, 46) 18. İfeanyi Metyu 33. Breno Almeyda 10. Freddi Varqas (19. Ağadadaş Salyanskiy, 67) 22. Luis Ortis 23. Cordan Rezabala (8. Emin Mahmudov, 74) 28. Alessio Kurçi (11. İmad Faraj, 46)
Ehtiyat oyunçular: 13. Kenan Piriç 95. Eldar Babayev 47. Murad Məmmədov 14. Edvin Kuç 6. Sessi Dalmeyda 24. Mustafa Sek
Baş məşqçi: Yuri Vernidub
19:00. “Araz-Naxçıvan” – “Zirə” - 3:2
Qollar: Patrik Andrade, 15. Felipe Santos, 32. Ramon Maçado, 73 - Ruan Renato, 69. Martins Junior, 82
Hakimlər: Əkbər Əhmədov, Akif Əmirəli, Zeynal Zeynalov, İslam Məmmədov
VAR: Kamal Umudlu
AVAR: Asiman Əzizli
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Eldar Məmmədov
Sumqayıt, “SOCAR Polymer Arena”
Qeyd edək ki, XXXIII turun əvvəlki görüşlərində "Qəbələ" evdə "Şamaxı"nı 3:1, "Sabah" səfərdə "Turan Tovuz"u 2:1, "Qarabağ" isə "Sumqayıt"ı 4:3 hesabı ilə məğlub edib. Tura mayın 24-də keçiriləcək "İmişli" - "Karvan-Yevlax" matçı ilə yekun vurulacaq.












































































