
Beynəlxalq İdman Araşdırmaları Mərkəzi 2015-ci ilin ən dəyərli futbolçularının siyahısını açıqlayıb. Sportnet.az-ın məlumatına görə, siyahıya İspaniya "Barselona"sının argentinalı futbolçusu Lionel Messi başçılıq edir.
Onun dəyəri 250,7 milyon avrodur. İkinci yerdə 152,7 milyon avro ilə digər bir "Barsa"lı Neymar dayanır. İlk üçlüyü isə İngiltərə "Çelsi"sinin futbolçusu Eden Hazard qapayır. Onun dəyəri 130.5 milyon avro ölçülür.
İlk 10-luq isə belədir:
1. Lionel Messi - ("Barselona") — € 250,7 milyon
2. Neymar ("Barselona") — € 152,7 milyon
3. Eden Hazard ("Çelsi") — € 130,5 milyon
4. Kriştianu Ronaldu ("Real Madrid") — € 114 milyon
5. Qarri Keyn («Тоттенхэм») — € 91,3 milyon
6. Rahim Sterlinq ("Mançester Siti") — € 89,8 milyon
7. Antuan Qrizmann ("Atletiko") — € 88,3 milyon
8. Luis Suares ("Barselona") — € 86,3 milyon
9. Serxio Aquero ("Mançester Siti") — € 82,1 milyon
10. Aleksis Sançes ("Arsenal") — € 81,9 milyon









































































