"İnter"in heyətinə qatdığı Azərbaycan milli komandasının üzvləri qapıçı Kamran Ağayev və hücumçu Vüqar Nadirovun neçə nömrəli futbolka ilə çıxış edəcəkləri müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, Nadirov "bankirlər"in heyətində 17 nömrə ilə top qovacaq.
Bunadək həmin nömrə ilə komandanın gənc üzvü Mirsahib Abbasov çıxış edirdi. Ağayev isə yeni komandasında 1 nömrəli futbolka ilə çıxış edəcək. Həmin nömrə daha öncə Səlahət Ağayevə məxsus olub. Lakin o, komandadan ayrıldığından 1 nömrəli futbolka boşda qalıb.
Qeyd edək ki, hər iki oyunçu bir neçə gün öncə "İnter"ə transfer olunub.