Kanadanın "Monreal" klubunda çıxış edən Didye Droqba karyerasını başa vurmaq qərarına gəlib. "L`Equipe"yə istinadən məlumatına görə, 37 yaşlı hücumçu məşqçi kimi fəaliyyət göstərəcək.
Artıq Droqba karyerasını başa vurmaq fikrini hazırda çıxış etdiyi klubun prezidentinə bildirib. İddiaya əsasən o, "Çelsi"də baş məşqçi Qus Hiddinkin köməkçisi vəzifəsində çalışacaq. Droqbanın məşqçi kimi ilk oyunu isə Çempionlar Liqasının 1/8 final mərhələsində Fransa PSJ-sinə qarşı olacaq.
Qeyd edək ki, "Çelsi" Didye Droqba üçün doğma klubdur. 2004-2012-ci illərdə "zadəganlar"da çıxış edən hücumçu 2014-cü ildə yenidən komandaya qayıdıb və bir mövsüm keçirib. Cari mövsümdə Droqba Kanada çempionatında top qovur.