Azərbaycan Premyer Liqasında son turun ilk oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, XXXIII turun açılış matçında "Qəbələ" və "Şamaxı" komandaları üz-üzə gəlib.
Qəbələ şəhər stadionunda təşkil olunmuş görüş meydan sahiblərinin inamlı qələbəsi ilə yekunlaşıb - 3:1.
Qolların hamısı ilk yarıda vurulub. Hesabı artıq 4-cü dəqiqədə "Qəbələ"nin futbolçusu Seydina Keyta açıb. 15-ci dəqiqədə qonaq komandadan Karim Rossi fərqlənərək, çempionatda 10-cu qoluna imza atıb.
33-cü dəqiqədə Domi Massumo yenidən "qırmızı-qaralar"ı hesabda önə keçirib. Beləliklə, konqolu hücumçu Premyer Liqada 9-cu dəfə fərqlənib. Son nöqtəni isə 36-cı dəqiqədə Nicat Əliyev qoyub.
Beləliklə, "Qəbələ" xalını 27-yə çatdıraraq, "Kəpəz"lə bərabərləşib. Lakin ümumi qələbə sayının azlığı səbəbindən Gəncə təmsilçisini turnir cədvəlində ötmək mümkün olmayıb. Nəticədə "Kəpəz" 10-cu yeri tutduğu üçün Premyer Liqada qalıb. 11-ci pillədə qərarlaşan "Qəbələ" isə elitada yerini qorumaq üçün I Liqanı 2-ci pillədə tamamlayacaq komandanı pley-off matçında məğlub etməlidir.
Qeyd edək ki, turun qalan oyunları 22 - 24 mayda keçiriləcək.
---------------------
Bu gün Azərbaycan Premyer Liqasında son turun ilk oyunu keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, XXXIII tur matçında "Qəbələ" və "Şamaxı" komandaları üz-üzə gələcək.
Qəbələ şəhər stadionunda təşkil olunacaq qarşılaşma saat 18:30-da başlanacaq.
"Qəbələ" 32 oyunda 24 xalla 11-ci, "Şamaxı" 38 xalla 8-ci yerdədir. Matçın nəticəsi komandaların mövqelərinə heç bir təsir göstərməyəcək.
İki kollektivin əvvəlki 61 görüşünün hərəyə 20-də bərabər sayda qələbələr qeydə alınıb, 21 qarşılaşma heç-heçə ilə yekunlaşıb. Topların nisbətində "Şamaxı" öndədir - 75:68.
Son üç matçda meydan sahibi olan komanda qol vurmayıb. Cari mövsümün qarşılaşmalarında qonaq olan komanda qalib gəlib.
Azərbaycan Premyer Liqası, XXXIII tur
21 may (cümə axşamı)
18:30. “Qəbələ” – “Şamaxı” - 3:1
Qollar: Seydina Keyta, 4. Domi Massumo, 33. Nicat Əliyev, 36 - Karim Rossi, 15
Sarı vərəqələr: Eşqin Əhmədov, 90+2 (qeyri-idman hərəkəti) - Arsen Ağcabəyov, 11 (qeyri-idman hərəkəti); Oruc Məmmədov, 12 (qeyri-idman hərəkəti)
Artırılan vaxt: I hissədə yoxdur; II hissədə 2 dəq.
Hakimlər: Kamranbəy Rəhimov, Cəmil Quliyev, Şirmamed Mamedov, Niyaz Əhmədov
VAR: Rəvan Həmzəzadə
AVAR: Vüsal Məmmədov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Qəbələ şəhər stadionu, 700 tamaşaçı
“Qəbələ”: 1. Səlahət Ağayev 28. Murad Musayev (k) 13. Nicat Əliyev (66. Nuğay Rəşidov, 78) 10. Şahin Şahniyarov 27. Eşqin Əhmədov 33. Seydina Keyta (74. Süleyman Damadayev, 86) 12. İbrahim Sanqare 50. Adriel Ba Loua (30. Prins Ovusu, 63) 6. Xayme Syerra (22. Fərid İsgəndərov, 78) 16. İsaak Amoah 14. Domi Massumo (70. Paulo Quimbila, 86)
Ehtiyat oyunçular: 93. Rza Cəfərov 94. Həbib Hüşənov 26. Elnur Mustafayev 21. Ziya Şəkərxanov 3. Eduardo Kunde
Baş məşqçi: Kaxaber Tsxadadze
“Şamaxı”: 99. Səlim Həşimov 5. Arsen Ağcabəyov (k) 2. Abdulla Rzayev 80. Həbib İsmayılov (17. Rafael Məhərrəmli, 68) 27. Emil Süleymanov (8. Alfons Msanqa, 68) 97. Oruc Məmmədov 82. Rüfət Abbasov 7. Edqar Adilxanov (19. Abdullahi Şuaybu, 68) 9. Karim Rossi (48. Ramiz Muradov, 78) 3. Vladislav Veremeyev (14. Ravil Qafarov, 78) 11. Dioqo Balau
Ehtiyat oyunçular: 66. Salih Məmmədli 21. Bilal İsmayılov 77. Nihat Mehralıyev 90. Davud Mənsumov
Baş məşqçi: Ayxan Abbasov
Qeyd edək ki, turun qalan oyunları 22 - 24 mayda keçiriləcək.















































































