Neftçi” rəhbərliyi və kapitan Araz Abdullayev AFFA-nın Futbol Akademiyasında hazırlığını davam etdirən klubun U-17 komandasının üzvləri ilə görüşüblər. Sportnet.az-ın məlumatına görə, ənənəvi görüşlərdə əsas məqsəd aşağı yaş qrupları üçün yaradılmış şəraitlə tanış olmaq və komanda üzvləri ilə daha yaxından ünsiyyət qurmaqdır.
Tədbirdə Abdulayevin də iştirakı gənc futbolçuların öz məqsədləri uğrunda daha səylə çalışması üçün stimullaşdırıcı rol oynayıb.
Qeyd edək ki, klub rəhbərliyi mövsümün əvvəlindən başlayaraq mütəmadi olaraq aşağı yaş qrupu komandalarında çıxış edən futbolçular və onların valideynləri ilə görüşlər təşkil edir. Oxşar tədbirlər klub tərəfindən davamlı olaraq keçiriləcək. "Neftçi”nin 17 yaşadək futbolçulardan ibarət komandası bir həftə ərzində milli komandanın Mərdəkanda yerləşən məşq mərkəzində hazırlıq keçib. Hazırda isə komanda məşqlərini AFFA-nın Futbol Akademiyasında davam etdirir.