CBC Sport Kubokunda ikinci tur matçını I Divizionun lideri "Neftçala"ya qarşı keçirən "Neftçi" çətin vəziyyətə düşüb. Sportnet.az-ın məlumatına görə, matçın əvvəllərində Ruslan Qurbanov qırmızı vərəqə alıb.
Buna Qurbanovun sarı vərəqə almasının ardından baş hakim Elvin Əsgərovun ünvanına nalayiq ifadələr işlətməsi səbəb olub. 10 oyunçu ilə qalan "Neftçi"də ilk yarıda məcburi əvəzləməyə də əl atılıb. Kamran Nəcəfzadə zədələnərək, meydanı tərk edib. Onu Təyyar Məmmədov əvəzləyib.
"Neftçi" ikinci hissədə qol vurmağa müvəffəq olsa da, tezliklə daha bir futbolçusunu itirib. Bu dəfə Cavid İmamverdiyev hakimlə mübahisəyə görə meydandan qovulub. "Neftçala" kəmiyyət üstünlüyündən uzatma dəqiqələrində yararlanaraq, bərabərliyi təmin edib.
CBC Sport Kuboku, II tur
13:00. "Neftçi" - "Neftçala" - 1:1
Qol: Araz Abdullayev, 71 - Fərmayıl Əliyev, 90+3
"Neftçi": Aqil Məmmədov, Melli, Filyo, Elvin Bədəlov, Erik Ramos, Kamran Nəcəfzadə, Məhəmməd Qurbanov, Rəhman Hacıyev, Cavid İmamverdiyev, Araz Abdullayev, Ruslan Qurbanov
Ehtiyat oyunçular: Ruzi Qiyaslı, Təyyar Məmmədov, Orxan Qurbanlı, Mirabdulla Abbasov, Orxan Bəşirov, Anyete, Kaue
Qırmızı vərəqə: Ruslan Qurbanov, 13. Cavid İmamverdiyev, 76
Baş hakim: Elvin Əsgərov
İlk 2 turdan sonra xal durumu: "Neftçi" - 4, AZAL-3, "Neftçala" -1, "Şərurspor" - 1, MOİK - 0.