Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışını davam etdirən "Sumqayıt” Futbol Klubu qonşu ölkədə ilk yoxlama oyununu keçirib. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Samir Abasovun rəhbərlik etdiyi komanda əvvəlcədən planlaşdırıldığı kimi Qazaxıstanın "Akjayık” klubu ilə üz-üzə gəlib.
Maraqlı idman mübarizəsi şəraitində keçən görüşdə Azərbaycan təmsilçisi 1:0 hesablı qələbə qazanıb. "Sumqayıt”ın yeganə qolunu penaltidən Pərdis Fərcad-Azad vurub.
Qeyd edək ki, "Sumqayıt” növbəti yoxlama oyunlarını Rumıniya yüksək liqa klublarına qarşı keçirəcək. "Gənclik şəhəri" təmsilçisi yanvarın 20-də "Voluntari”, yanvarın 22-də isə 4 dəfə ölkə çempionu olmuş "Petrolul”la üz-üzə gələcək. Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
Yoxlama oyunu
Antalya, Su Səsi İdman Kompleksinin stadionu
"Sumqayıt” - "Akjayık” (Qazax;stan) 1:0
Qol: Pərdis Fərcad-Azad, 78.
"Sumqayıt” oyuna bu heyətlə çıxıb: Səlahət Ağayev, Slavik Alxasov, Cəmil Hacıyev, Vurğun Hüseynov (k), Bəxtiyar Həsənalızadə, Aleksandr Çertoqanov, Murad Ağayev, Uğur Pamuk, Ağabala Ramazanov, Vaqif Cavadov, Amil Yunanov.
Meydana sonradan daxil olanlar: Tərlan Əhmədli, Eltun Yaqublu, Emin Mehtiyev, Samir İbrahimov, Xəyal Nəcəfov, Pərdis Fərcad-Azad, Amit Quluzadə, Tofiq Mikayılov, Ayaz Mehtiyev, Mikayıl Rəhimov.