
Azərbaycanın "Qəbələ" klubu Bosniya və Herseqovinadadır. Sportnet.az-ın məlumatına görə, əyalət təmsilçisi Avropa Liqasının I təsnifat mərhələsinin təkrar qarşılaşmasında üz-üzə gələcəyi "Şiroki Briyeq"lə oyuna çarter reysi ilə yollanmayıb.
Dorinel Muntyanunun rəhbərlik etdiyi komanda səfərə Bakı-Vyana-Sarayevo aviareysi ilə uçub. Təmsilçimiz Mostar şəhərindəki "Bevanda" otelində məskunlaşıb.
İlk oyunda zədə səbəbindən iştirak etməyən Ruslan Əmircanov və adı iştirak ərizəsində olmayan Cavid Hüseynov da Bosniya və Herseqovinaya aparılanlar arasındadırlar.
Qeyd edək ki, ilk oyunda 0:2 hesabı ilə məğlub olan "Qəbələ" səfər qarşılaşmasına Bakı vaxtı ilə saat 23:30-da çıxacaq.