1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"AFFA-dan kim pul söz veribsə, "Rəvan" adını çəksin"
AFFA cari mövsüm Azərbaycan I divizionundan Premyer Liqaya yüksələn "Rəvan" klubuna çempionata qatıldığı üçün pul vəd olunması və həmin məbləğin ödənilməməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. Federasiyasının İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu Sportnet.az-a açıqlamasında məsələyə münasibət bildirib.
Onun sözlərinə görə, təmsil etdiyi qurum heç bir kluba hansısa məbləğ vəd etməyib. M.Nərimanoğlu bildirib ki, federasiyadan kimlərsə, hansısa vəd veribsə, klub bunu açıqlamalıdır: "Konkret kim deyib ki, AFFA pul ödəyəcək? Ad çəksinlər, desinlər ki, filankəs bizə bu sözü verib. Mən qapı-qapı düşüb soruşmayacam ki, "sən "Rəvan"a pul söz vermisən, ya yox? Heç bir pul vəd olunmayıb".
Qeyd edək ki, "Rəvan" klubu Premyer Liqaya qatılmaları müqabilində AFFA-nın maliyyə dəstəyi verəcəyinə dair vəd verdiyini iddia edir.