1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Zirə" Antalyanı qələbə ilə tərk edir
"Zirə" komandası Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışını qələbə ilə başa vurub. Sportnet.az-ın məlumatına görə, "qartallar” toplanışın son günündə Rumıniyanın "Tırqu-Mureş” klubunu məğlub edib - 1:0.
Yeganə qolu matçın əvvəllərində Tato vurub.
Baş məşqçi Adil Şükürov start heyətində Anar Nəzirov, Sadiq Quliyev, Yovan Krneta, Tellur Mütəllimov, Aleksandr Şemonayev, Viktor İqbekoyi, Tato, İqor İvanoviç, Nicat Qurbanov, Nurlan Novruzov və Nelson Bonillaya şans verib. İkinci hissədə Rəşad Abdullayev, Vüsal İsgəndərli və Ruslan Poladov da meydana çıxıb.
Fasilədən sonra "Tırqu-Mureş” nisbətən fəallığı artırsa da, "Zirə" xüsusən sürətli hücumlarla bir neçə dəfə hesabı artırmaq imkanı qazanıb. Son dəqiqələrdə Nurlan Novruzovun fərqlənməsinə qapı dirəyi imkan verməyib. Buna qədər isə Bonilya və Abdullayevin qarşısını qapıçı kəsib.
Qeyd edək ki, Dieqo de Souza və Tərzin Cahangirov zədə səbəbindən, Təmkin Xəlilzadə xəstəlikdən oyunda iştirak edə bilməyib.