Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Qarabağ" son gündə iki yoxlama görüşü keçirib. Sportnet.az-ın məlumatına görə, ilk rəqib Avstriyanın "Admira Vakker" komandası olub.
Görüş kifayət qədər məhsuldar alınıb. 7 qolun vurulduğu qarşılaşmada Ağdam təmsilçisi məğlubiyyətlə üzləşib - 3:4.
Ardından Qurban Qurbanovun komandası Polşa "Jagelloniya"sı ilə qüvvəsini sınayıb. Bu dəfə isə oyunun taleyini 1 qol həll edib. "Qarabağ" oyunun sonlarında qapısından top buraxaraq, yenə uduzub.
Qeyd edək ki, əvvəlki matçlarda Azərbaycan çempionları Macarıstan təmsilçisi "Diosqyor"la oyundan 4:0, Almanyanın regional liqa təmsilçisi "Rot-Veyss"lə görüşdən isə 1:0 hesablı qələbə ilə ayrılıb.
18:15 "Qarabağ" – "Admira Vakker" - 3:4
Qol: Cavid Tağıyev, 14. Elvin Məmmədov, 54. Qara Qarayev, 88-penalti ilə - Spiridonoviç, 31. Qrozurek, 45. Starkl, 56. Zul, 85-penalti ilə
20:15 "Qarabağ" – "Jagelloniya" (Polşa) - 0:1
Qol: Fyodor Çernıx, 79
"Jagelloniya": Bartlomey Drąqovski, Matiya Sirok, Sebastian Madera, Qutyeri Tomelin, Pyotr Tomaşik, Prjemislav Frankovski, Yatsek Qoralski, Taras Romançuk (75' Rafal Qrjib), Karol Makkeviç (75' Karol Şviderski, 80' Marek Vasilyuk), Konstantin Vasilyev (75' Pyotr Grjelçak) - Fyodor Çernıx.
"Qarabağ" (start heyət): İbrahim Şehiç, Bədavi Hüseynov, Ansi Aqolli, Maksim Medvedev, Rəşad Sadıqov, Coşqun Diniyev, Rahid Əmirquliyev, Mahir Mədətov, Dani Kintana, Muarem Muarem, Riçard Almeyda.