Azərbaycan Premyer Liqasında XIX turun AZAL - "Qarabağ" matçının vaxtı dəyişdirilib. Sportnet.az-ın məlumatına görə, bu barədə PFL AZAL-ın müraciəti əsasında qərar verib.
"Təyyarəçilər" əsas heyətin 3 üzvünün 21 yaşlı futbolçulardan ibarət Azərbaycan milli komandasının düşərgəsində olduğunu əsas gətiriblər. Yarışların əsasnaməsini və "Qarabağ”ın razılığını rəhbər tutan PFL AZAL – "Qarabağ” görüşünün əvvəlcədən nəzərdə tutulduğu kimi 30 yanvarda deyil, 31 yanvar tarixdə oynanılmasına qərar verib.