"Neftçi” klubu Azərbaycan yığma komandasının futbolçusu Elşən Rzazadəni transfer edib. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 22 yaşlı yarımmüdafiəçi ilə 1,5 illik müqavilə imzalanıb.
Rzazadə bunadək "Bakı” və "Xəzər Lənkəran” klublarında çıxış edib. O, Azərbaycan millisinin Moldova yığması ilə ötən ilin noyabrında keçirdiyi yoldaşlıq oyununda meydana çıxıb.