1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Rəşad Abdullayev: "Avrokuboklar üçün tezdir" - MÜSAHİBƏ
"Zirə"nin futbolçusu Rəşad Abdullayevin Sportnet.az-a müsahibəsi
- 2016-cı ilin ilk rəsmi oyununda "İnter"lə qarşılaşdınız. Oyunu necə dəyərləndirirsən?
- Çətin oyun oldu. "İnter" də güclü komandadır və qələbə qazana bilərdi. Komandamız mübarizə apardı və yaxşı oynadı.
- Lider "Qarabağ"ın AZAL-la xal itirməsi futbolçuların oyuna motivasiyasında nə dərəcədə rol oynadı?
- Düzü biz rəqiblərin xallarını saymırıq. Əsas öz oyunumuzdur. Əvvəlki iki oyunda heç-heçə qeydə alınıb. "İnter" də, biz də qələbə qazanmaq istəyirdik. Sonda qələbə topunu biz vurduq.
- Lider "Qarabağ"la xal fərqi 6-ya düşdü. Hansısa ümid yaranıb?
- Bəli, artıq liderlər qrupundayıq. Oyunlarımız da onu göstərir ki, biz bu qrupda mübarizə apara bilərdik.
- Qalib gəlsəniz də, deyəsən hakimlikdən narazı qaldınız. Bir də penalti epizodu...
- Bir epizod oldu, mən yaxından gördüm və orada penalti yox idi. Oturub həmin oyunun video yazısına baxacağıq. Bizim hakimlərlə işimiz yoxdur. Əsas odur ki, öz oyunumuzu sərgiləyək.
- UEFA qaydalarına görə, ilk dəfə yüksək liqada çıxış edən komanda avrokuboklarda iştirak edə bilməz. Bu amil komandanı ruhdan salmır?
- Biz işimizi görürük. Oynayırıq ki, istədiyimiz yerə çataq. Sonrakı məsələ isə rəhbərliklə bağlıdır. Qərar nə olacaqsa, onu da edəcəyik.
- Ümumiyyətlə özünüzü avrokuboklara hazır sayırsınız?
- Açığı hələ tezdir və təcrübə lazımdır. Çünki biz hələ o yerə doğru gedirik. Hələ qarşıda bizi iki çətin dövrə gözləyir və maya qədər mübarizə aparmalıyıq.
- Azərbaycan futbolunun yaxşı və pis vaxtlarını görmüsən. Hazırkı durum futbolçulara necə təsir edir?
- Mən futbolun yaxşı dönəmini də, pis vaxtlarını da görmüşəm. İndi klublar bir araya toplaşıb bu çətinliyin öhdəsindən gəlmək istəyir.
- Bu gənc oyunçuların xaricə getməsi üçün əlavə motivasiya deyil?
- Əlbəttə belə daha yaxşı olar. Oynasın, öz əlindədir. Yaxşı çıxış etsin və gedib legioner həyatı yaşasın. Çempionatın səviyyəsi pis deyildi. Əvvəl 7-8 komanda çempionluğa oynayırdı, klubların da vəziyyəti yaxşı idi.