1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ramazan Abbasov: "Klubda vəziyyət pisləşdikcə..."
"Rəvan"ın kapitanı Ramazan Abbasov "Neftçi" ilə Azərbaycan Premyer Liqasının XX tur matçından sonra jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir...
- 1:1 hesablı nəticə sizi qane etdi?
- Bu oyuna çox yaxşı hazırlaşmışdıq. Üç xal üçün meydana çıxmışdıq. Çünki məlum səbəblərdən altı xalımızı aktivimizdən silmişdilər. "Neftçi" ilə matçda bizi ancaq və ancaq qələbə qane edirdi. Xalımızı artıraraq, silinən xalları geri qaytarmaq istəyirdik.
- Komanda meydanda çox həvəsli oynayırdı. Deyəsən, rəhbərlik söz verdiyi pulları ödəmişdi...
- Yox, elə yanvarın əvvəlində verilən avanslar idi. Hələ ki, maaşı gözləyirik.
- "Neftçi" matçından öncə rəhbərliyin sizə fevralın 5-dək pul verəcəyi bildirilirdi. Həmin pullar verildi?
- Yox, hələ ki, verilməyib. Hamımız gözləyirik. Gələn həftəyə kimi gözləyirik. Neyləmək olar? Meydançaya çıxdınsa, artıq hər şey yaddan çıxır və mübarizə aparırsan.
- Meydanda heç də pis çıxış etmədiniz və qələbə də qazana bilərdiniz. Nə çatışmadı ki, üç xalı qazana bilmədiniz?
- Hücumda tələskənlik etdik deyə, matç heç-heçə başa çatdı. İkinci hissənin ortalarında 2-3 yüzfaizli qol epizodlarından yararlana bilmədik. Bunun da nəticəsi kimi "Neftçi" hesabı bərabərləşdirdi. Hiss olunurdu ki, hücumda təcrübəsizik. Hücumçularımız cavandır. Bu oyunlardan nəticə çıxarıb, daha inandırıcı oynamaq istəyirik.
- Qol epizodunda qapıya zərbə də endirə bilərdin, ancaq son anda ötürmə verdin. Zərbə endirməkdən çəkindin deyə, ötürmə verdin, yoxsa...?
- Zərbə vura bilərdim, qol da ola bilərdi. Mən 100 faizlik epizodu fikirləşib ötürmə verdim ki, komanda yoldaşım boş qapıya vursun.
- Xaqani Məmmədov matçda baş hakimin göstərdiyi qırmızı vərəqələri haqlı saydı. Sən necə, düşünürsən, Yasin Hamidə verilən qırmızı vərəqə haqlı idi?
- Jairo Rodriqes əks-hücumumuzun qarşısını aldı və meydanda qovuldu. Bizim oyunçunun nə etdiyini, açığı, görmədim. Buna görə də nəsə deyə bilmərəm. Referi meydandan qovubsa, deməli, Hamid nəsə edib ki, edib.
- Bu oyundakı idarəçilikdən narazığınız var?
- Düzü, son görüşlərdə bizə qarşı hakimlər haqsızlıq etmişdi. Amma bu oyunda deməzdim ki, haqsızlıq etdilər. Amma baş hakim bəzi epizodlarda heç nədən oyunçularımıza sarı vərəqələr verdi.
- Düşünmürsən ki, klublarımızın iddiası zəiflədikcə hakimlərin də həmin klublara qarşı təzyiqi artır?
- Bu, dünya futbolunda da belədir. Razıyam. Klubda vəziyyət pisləşdikcə, hakimlərin simpatiyası da azalır. Ola bilər, nə deyim?
- "Rəvan" bu oyunu ilə Premyer Liqadakı yerini qoruya biləcək?
- Oyunumuzu daha da yaxşılaşdırdıqdan sonra, düşünürəm ki, 2-3 pillə də qalxa bilərik.