1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Neftçi"nin futbolçusu: "Başqa çıxış yolumuz yoxdur"
"Rəvan"la oyunda xal itirdiyimizə görə məyus olduq. Rəqib gözəl müdafiə olundu. Biz əlimizə düşən imkanı istifadə edə bilmədik. Bəlkə də imkanlarımız düzgün qiymətləndirmədiyimiz üçün xal itkisi ilə üzləşdik Yəqin ki, rəqibi düzgün qiymətləndirmədik". Sportnet.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Neftçi"nin futbolçusu Elşən Abdullayev deyib.
Azərbaycan Premyer Liqasının XX turunda evdə "Rəvan"la keçirilmiş qarşılaşmanı dəyərləndirən yarımmüdafiəçi növbəti oyunlarda qələbə qazanmağa çalışacaqlarını bildirib. O, oyunlara əvəzetmədən daxil olmasına bu cür münasibət bildirb: "İki ay futbol oynamadım, zədəli idim. Düşünürəm ki, tam hazır deyiləm. Baş məşqçi də bunun üçün məni əvəzetmədən oyuna daxil edir. Əsgər müəllim mənim tam hazır olmağımı gözləyir".
E.Abdullayev növbəti turda "Xəzər Lənkəran"la keçiriləcək oyundan danışıb: "Bu oyunda yalnız qələbə haqda düşünməliyik. Başqa çıxış yolumuz yoxdur. Meydana çıxıb qalib gəlməliyik. Üstəlik "Xəzər Lənkəran" əzəli rəqibimizdir".