1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qarabağ"a limon cəzası
AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasında XX turun oyunlarında baş vermiş olaylarla bağlı qərarlarını açıqlayıb. Sportnet.az-ın məlumatına görə, komitə turun 5 qarşılaşmasından 4-də hüquq pozuntusu aşkarlayıb.
"Neftçi” ilə matçda 6 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün "Rəvan” klubu 1000 manat cərimələnib. "Sarı-qırmızılar" 89-cu dəqiqədə Həmid Yasinin kobud oyuna görə birbaşa qırmızı vərəqə alması səbəbindən daha 2000 manat ziyana düşüb, futbolçu isə 2 oyunluq cəzalanıb. 88-ci dəqiqədə "Neftçi”nin futbolçusu Jairo Rodriges ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.
"Qarabağ”la matçın 87-ci dəqiqəsində "Xəzər Lənkəran”ın futbolçusu Ruslan Cəfərov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzaya, klubu 200 manat cəriməyə məruz qalıb. 2-ci dəqiqədə "Qarabağ” azarkeşləri tərəfindən meydançaya atılan limon kənar əşya adlandırılıb və klub 2000 manat cərimələnib.
"Zirə” ilə oyunun 61-ci dəqiqəsində "Sumqayıt”ın futbolçusu Emin Mehdiyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.
"Kəpəz”lə görüşün 88-ci dəqiqəsində AZAL-ın futbolçusu Taqim Novruzov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzaya, klubu 200 manat cəriməyə məruz qalıb.
Qeyd edək ki, yalnız "İnter" - "Qəbələ" matçı cəzasız ötüşüb.