
"Çox sevincliyik. 21 ildən sonra çempion olduq. Bu il çempionluğa çox inanırdıq. Əməyi olan hər kəsi təbrik edirəm”. Bunu Sportnet.az-a açıqlamasında "Qarabağ” klubunun futbolçusu Qara Qarayev deyib.
Gənc yarımmüdafiəçi komandasının avrokuboklardakı şansını da dəyərləndirib: "Çempionlar Liqası üçün danışmaq hələ tezdir. Çünki püşk hələ atılmayıb. Rəqibimizi biləndən sonra nəsə demək olar. İnşallah, yaxşı təlim-məşq toplanışı keçib, hazırlaşmalıyıq. Çalışacağıq ki, avrokuboklarada keçənilkindən daha yaxşı oyun nümayiş etdirək”.
Qarayev mümkün transferlərlə bağlı isə fikrini belə izah edib: "Yeni oyunçuların hansı mövqeyə gərəkli olduqlarını deyə bilmərəm. Amma yaxşı legioner bizə Çempionlar Liqasında kömək edə bilər”.