1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
AFFA yeni layihə tətbiq edir
2009-cu ilin yanvar ayından etibarən AFFA tərəfindən futbolla məşğul olan şəxslərin – futbolçuların, məşqçilərin və digər texniki işçilərin qeydiyyat sistemi yaradılıb. Sportnet.az-ın məlumatına görə, artıq qeydiyyatla bağlı yeni layihə tətbiq olunacaq.
Yarandığı ildən etibarən futbolla məşğul olan bütün şəxslərin qeydiyyatı mərkəzləşdirilmiş qaydada AFFA-nın Qeydiyyat və Statistika şöbəsi tərəfindən aparılırdısa, hazırda federasiya tərəfindən FİFA Connect platforması - onlayn qeydiyyat sisteminin tətbiq edilməsi üzrə işlər gedir.
2016/17-ci il mövsümündən bu qeydiyyat sisteminin tətbiq olunması nəzərdə tutulur.
Tətbiq olunacaq FİFA Connect proqramı aşağıdakı üstünlüklərə malikdir:
Qeydiyyat mərkəzləşdirilmiş qaydada deyil, onlayn aparılacaq.
Sistemə keçid AFFA saytında olacaq.
Klub və komandalar aşağıdakı qeydiyyat prosesinin özləri aparacaq:
- klubun ilkin qeydiyyatı
- yeni oyunçuların qeydiyyatı
- transferlər
- heyət yenilənmələri
FİFA Connect proqramı hər bir üzv federasiyaya futbolla məşğul olan şəxslərin sistemli şəkildə qeydiyyatının aparılmasına kömək edir.