1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Amit Quluzadə: “Bizə 1 qələbə lazımdır....” - MÜSAHİBƏ
"Sumqayıt”ın futbolçusu Amit Quluzadənin Sportnet.az-a müsahibəsi
- "Qəbələ” ilə oyunda nəticə qazana bilməməyinizə nə imkan vermədi?
- "Qəbələ”nin oyununu təhlil etmişdik, zəif cəhətlərini bilirdik. İlk hissədə istədiyimiz oyunu göstərə bilmədik, bizdə heç bir şey alınmadı. Ancaq ikinci hissədə ilk 10 dəqiqədən sonra istədiyimizi etməyə çalışırdıq. Rəqibə müqavimət göstərdik. Qol epizodlarımız da vardı. Xüsusən, oyunun axırlarında ən azı 2-3 qol imkanımız vardı. "Qəbələ” qol şansından yararlandı. Bir qol vurdu, qələbə qazandı. Rəqib də yaxşı oynayırdı. "Qəbələ”ni təbrik edirəm.
- İlk bürünc medal qazandığı 2013/2014 mövsümündə "Qəbələ”nin heyətində olmusan. Keçmiş komandana qarşı oynamaq səndə hansı hisslər oyatdı?
- "Qəbələ”də olduğum müddətdə həmişə yaxşı münasibət görmüşəm. Həm klub rəhbərliyi, həm də buradakı insanlardan. Sadəcə, bu gün meydanda rəqib idik. Keçmiş komandama qarşı xüsusi motivasiyam yox idi. Hazırda "Sumqayıt”dayamsa, indiki komandama qələbə üçün kömək etməliyəm.
- Siz oynadığınız "Qəbələ” ilə indiki komanda arasında hansı fərq var?
- Heyət, demək olar ki, tam dəyişib. Mən oynadığım vaxtdan futbolçulardan az qalıb - Rafael Santos, Ürfan Abbasov, David Pietrzkieviç. Komanda o vaxt başqa futbol oynayırdı, indi başqa. "Qəbələ”nin yaxşı heyəti var. Bundan sonrakı oyunlarda uğurlar arzulayıram.
- Qış fasiləsindən sonra hər 3 oyunda uduzmusunuz. "Qara zolağ”a düşməyinizin səbəbini nədə görürsən?
- Bunun səbəbini mən deyə bilmərəm. Komandamız Antalya toplanışında yaxşı oynayırdı. Bəxtsizlikmi deyim, arxayınçılqımı deyim, bunu məşqçilər daha yaxşı deyə bilər. Ancaq biz istədiyimiz oyunu göstərə biləcəyik. Sadəcə, axır oyunlarda qol vurmaqda çətinlik çəkirik. İnanıram ki, qol vurandan sonra hər şey öz yerini tapacaq.
- "Sumqayıt”ın potensialı daha yüksək yerləyə oynamağa imkan verirmi?
- Əlbəttə. Məqsədimiz imkan daxilində yuxarı pillələrdə yer almaq, hara gedə biliriksə, ora kimi getməkdir. Komandamızın həqiqədən potensiali var. Heyətimiz əsasən gənc, yaxşı futbolçulardan təşkil olunub. Məncə, bizə 1 qələbə lazımdır. Bunu qazansaq, davamı gələcək.
- Bir vaxtlar üzdə idin, iddialı klublarda oynayırdın, hətta milli komandaya cəlb olunurdun. İndi kölgədə qalmağının səbəbini nədə görürsən?
- Futbolçu karyerasında belə şeylər olur. Xaricə də getdim, istədiyim kimi olmadı. Əsas odur ki, bu gün "Sumqayıt”dayamsa, daha yaxşı oynayaraq, əvvəlki formama qayıtmağa çalışmalıyam. İstərdim ki, həm milliyə çağırılım, həm də özümü əvvəlki kimi qəbul elətdirim.
Mehman SÜLEYMANOV