1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Rəvan" da "Viləş" kimi...
"Rəvan" klubunun səfər oyunlarındakı seriyaları qırılıb. Sportnet.az-ın məlumatına görə, XII turun ötən il noyabrın 11-də keçirilən "Neftçi" ilə səfər oyununda 3:2 hesabı ilə qalib gələn Bəhmən Həsənovun yetirmələri rəqib meydanlarında ardıcıl 5 heç-heçə edib.
"Qəbələ" (1:1), "Kəpəz" (0:0), son 3 turda isə "Sumqayıt" (3:3), "Xəzər Lənkəran" (0:0) və "Neftçi" ilə matçlarda bərabərlik əldə edən "Rəvan"ın sülh seriyası XXI turda qırılıb. "Zirə"yə 1:2 hesabı ilə yenilən "sarı-qırmızılar" ardıcıl 3, səfərdə 5 matçlıq heç-heçə seriyasını davam etdirə bilməyib. Bununla da komanda Azərbaycan çempionatları tarixinin yeni rekorduna imza atmaq şansını qaçırdıb. "Rəvan" ardıcıl 5 səfər oyununda heç-heçə edən ikinci klub kimi tarixə düşsə də, "Viləş"in 2000-ci ildəki göstəricisini arxada qoya bilməyib. 16 il öncə Masallı təmsilçisi məhz 5 dəfə rəqib meydanlarından 1 xalla dönüb.
Rekorda şərik olan paytaxt təmsilçisinin səfərdəki məğlubiyyətsizlik seriyası isə 6-da qalıb. "Neftçi" üzərində qələbə və 5 heç-heçədən öncə - oktyabrın 28-də "Qarabağ"a 0:1 hesabı ilə uduzan Həsənovun yetirmələri 110 gündən sonra rəqib meydanında xalsız qalıb. Səfərdə ən uzun məğlubiyyətsizlik seriyası 2000-01-ci illərdə 21 oyun yenilməyən "Şəmkir”ə məxsusdur.