
"Kəpəz" Azərbaycan Premyer Liqasının XXII turunda səfərdə qarşılaşacağı "İnter"lə oyunun hazırlıqlarına başlayıb. Sportnet.az-ın məlumatına görə, Bakıda məşq edən əyalət təmsilçisinin ilk hazırlığı dəniz kənarında baş tutub.
Məşq planına əsasən, bu gün "sarı-göylər" "Dalğa Arena"da məşq edəcəklər. Paytaxt klubu ilə oyundan öncəki hazırlıq prosesi isə görüşün keçiriləcəyi "İnter Arena"da olacaq.
Qeyd edək ki, fevralın 19-da keçiriləcək "İnter" – "Kəpəz" matçı saat 15:00-da başlayacaq.










































































