1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Zaur Svanadze: "12 futbolçu ilə məşqə çıxmışdıq"
"Psixoloji təzyiq yox, başqa problemlərimiz var idi. Dünən iki futbolçu yaxınlaşaraq, zədə üzündən oynaya bilməyəcəklərini dedilər. Məşqə çıxdıqda, 12 futbolçu var idi". Sportnet.az-ın məlumatına görə, bunu "İnter"in baş məşqçisi Zaur Svanadze deyib.
Gürcüstanlı mütəxəssis Azərbaycan Premyer Liqasının XXII turunda "Kəpəz"lə keçirilmiş (1:0) oyun haqda bunları bildirib: "Sevinirəm ki, qalib gəldi. İnanıram ki, gələcəkdə də xallar qazanacağıq. "Kəpəz"in necə oynadığını bilirdik. Buna uyğun hazırlaşmışdıq. Komandamız çox yaxşı mübarizə apardı. Digər oyunlarda mübarizələrdə uduzurduq. Bu gün isə yaxşı çıxış etdik, bütün komanda ilə çalışdıq. Ona görə də qalib gəldik".
Baş məşqçi növbəti turda "Qarabağ"la keçiriləcək oyuna qədər heyətlə bağlı problemləri yoluna qoymağın çətin olacağını deyib: "Bəlkə kimsə sağalar, bilmirəm".