
Hazırda davam edən "Sumqayıt" - AZAL matçında daha bir insident yaşanıb. Sportnet.az-ın məlumatına görə, bu dəfə azarkeşlər arasında mübahisə olub.
Təxminən 60 yaşlarında olan azarkeş futbolçuların ünvanına nalayiq ifadələr işlədib. Onun yanında əyləşən sabiq hakim Ceyhun Haşımov yaşlı azarkeşə "yekə kişisən, var-yox söyüşü söyürsən" deyərək, etirazını bildirib.
Qeyd edək ki, hazırda "Sumqayıt" 2:0 hesabı ilə öndədir.









































































