"Çox ağır oyun oldu. Autsayderlərlə oyunlarda nəticəni niyə belə çətinliklə qazandığımızın səbəbini bilmirəm. Şükür Allaha ki, qələbə qazandıq. İndi bizə vacib olan 3 xal idi”.
Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycan Premyer Liqasının XXII turunda "Rəvan"ı səfərdə 1:0 hesabı ilə yendikləri oyundan sonra "Qəbələ”nin futbolçusu Sergey Zenyov jurnalistlərə açıqlamasında deyib.
Estoniyalı hücumçu bildirib ki, komandası çempionatda ardıcıl 3-cü qələbəni qazanmaqla iddiasını davam etdirir. Onun fikrincə, qələbə seriyası zədə üzündən sıradan çıxan Aleksey Antonovun yoxluğu ilə əlaqədar deyil: "Əlbəttə, qələbə olanda həmişə yaxşı olur. Ümid edirəm ki, belə də davam edəcək. Əminəm ki, qələbə seriyamız Aleksey Antonovun olmaması ilə bağlı deyil. Bu, sadəcə, təsadüfdür. Perspektivə nikbin baxıram və komandamıza yalnız qələbə arzulayıram”.
Zenyov mövsümün ikinci yarısında daha yaxşı təsir bağışlamasını belə izah edib: "Qışda təlim-məşq toplanışında yaxşı hazırlaşdım. Çalışdım ki, mövsümün ikinci yarısında daha yaxşı formada olum. Bundan sonra həmin yaxşı oyunu davam etdirməyə çalışacağam. Əsas qələbədir”.
27 yaşlı forvard "Rəvan”la matçda zədələnsə də, oyunu davam etdirib. Ancaq onu aldığı xəsarət narah edir: "Ayağımda güclü ağrı var. Baxaq görək necə olacaq. Rəqiblər ayağıma vururlar (gülür)”.
Mehman SÜLEYMANOV