1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
“Qol-qol”un gəlmədiyi tur
Azərbaycan Premyer Liqasının XXII turunda ilk 3 oyunda meydan sahiblərinin hegemonluğu diqqət çəkib. Sportnet.az-ın məlumatına görə, bu üçlük – "İnter”, "Sumqayıt” və "Qarabağ” nəinki qalib gəlib, hətta qol da buraxmayıb.
Tura yekun vurulduğu bazar günü isə həmin ssenari qonaqların xeyrinə olub. Yəni, bu dəfə "Zirə” ilə "Qəbələ” qol buraxmadan qələbə qazanıblar. Göründüyü kimi, turda qarşılıqlı qollar olmayıb, proqnoz dili ilə desək, "qol-qol” gəlməyib.
"Zirə” və Bonilya liderdir
"Zirə”nin qış fasiləsindən sonra qələbə seriyası davam edir. Adil Şükürovun yetimələri ardıcıl 4-cü oyunda meydanı qalib tərk ediblər. Bu dəfə məğlub edilən rəqib "Xəəzr Lənkəran” olub. "Zirə” Lənkəran təmsilçisini yenməkdə (özü də qol buraxmadan) davam edir. Onunla cari çempionatda son oyunun evdə olacağını nəzərə alsaq, qələbə seriyasının davam edəcəyi şübhə doğurmur. Deməli, "Xəzər Lənkəran” "Zirə”nin "abunəçi”si olacağı artıq böyük ölçüdə həll olunub.
Debütantın bombardiri Nelson Bonilya da liderdir. Məsələ ondadır ki, "Zirə” qış fasiləsindən sonra ən çox xal (12) toplayan komandadırsa, Bonilya ən çox qol vuran (4) futbolçudur. Salvadorlu hücumçu bombardirlər yarışında lider olan "Qarabağ”ın braziliyalı yarımmüdafiəçisi Riçard Almeydadan cəmi 1 qol geri qalır.
"Qarabağ”la "Qəbələ” də qələbə seriyası davam edir
"Zirə” kimi ilk "üçlük"də olan "Qarabağ”la "Qəbələ” də qələbə seriyalarını davam etdirir. Ancaq fərq ondadır ki, əyalət təmsilçiləri bu ilə səfər məğlubiyyəti ilə başlamışdı. İndi isə hər ikisinin son 3 turda 3 qələbəsi var. "Qarabağ” bunlardan 2-ni evdə qazanıbsa, "Qəbələ” səfərdə əldə edib.
Ağdam təmsilçisi, nəhayət, "Neftçi”yə qalib gələ gələ bilib. Turun mərkəzi oyununda qazanılan 2:0 hesablı qələbə Qurban Qurbanovun komandasının "ağ-qaralar” üzərində 9 aydan sonra ilk qalibiyyəti idi. Çempionatda son qələbə aprelin 25-də (3:2) olmuşdusa, bu komandalar ardından Qəbələdə ölkə kubokunun finalında üzləşmişdilər. "Qarabağ” iyunun 3-də keçirilmiş həmin matçda 3:1 hesablı qələbə ilə mövsümdə "qızıl dubl” etmişdi.
"Qəbələ” ötən il də mübarizəyə uğursuz başlasa da, sonradan çempionatda 8 oyunluq qələbə seriyası ilə rekord vurub. Roman Qriqorçukun komandasının növbəti turda "Xəzər Lənkəran”la ev oyununun olacağını nəzərə alsaq, seriyanın ən azı bu ay davam edəcəyi realdır.
"İnter”lə "Sumqayıt”ın "üzü güldü”
"İnter”lə "Sumqayıt”ı birləşdirən məqam isə qış fasiləsindən sonra ilk qələbələrini qazanmalarıdır. "Bankilər” əvvəlki 3 oyunda yenə 1 xal da olsun, qazana bilmişdilərsə, Samir Abasovun yetirmələri buna da həsrət idilər. "İnter” "Kəpəz”i yenməsi sayəsində onu turnir cədvəlində arxada qoya bilib. Hazırda Zaur Svanadzenin komandası gəncəliləri 2 xal qabaqlayır. "Kəpəz” isə fasilədən sonra ardıcıl 2 qələbənin davamını gətirə bilməyərək, dalbadal 2-ci oyundur meydanı məğlub tərk edir.
Fasilədən sonra ən uğursuz komanda "Xəzər Lənkəran”dır. Cənub klubu 4 oyuna cəmi 1 xal toplaya bilib və bu da izləyicisi "Rəvan”la evdə qazanılıb. Son pillənin sahibi "Rəvan” lənkəranlılardan çox – 2 xal toplaması ilə diqqət çəkir.
Mehman SÜLEYMANOV