"İlk yarıda "İnter" üstünlüyə malik idi. Amma daha çox təhlükəli vəziyyəti biz yaratdıq". Sportnet.az-ın məlumatına görə, bunu Moldova "Tiraspol"unun baş məşqçisi Vlad Qoyan "İnter"lə Avropa Liqasının I təsnifat mərhələsindəki cavab görüşündən sonra deyib.
O bildirib ki, ikinci hissədə "Tiraspol"un cinahları çox pis təsir bağışladığından, təşəbbüs tamamilə "İnter"in tərəfinə keçib: "Buraxdığımız qoldan sonra matçın taleyi praktiki olaraq, həll edildi. Üstəlik, azlıqda qaldıq. Bu zaman çox çətin vəzifənin öhdəsindən gələrək, 2 qol vurmalı idik. Ardından qapımıza növbəti penalti təyin olundu. Üçüncü qolu da özümüz yetişdirdik. Hər şeyi ikinci penalti həll etdi. İkinci yarıda mübarizə aparsaq da, topa demək olar ki, sahib olmadıq, əksinə, sadə vəziyyətlərdə itirdik. "İnter" topa sahib olmada daha yaxşı idi".
Qeyd edək ki, "İnter" Bakıdakı qarşılaşmadan 3:1, ilk oyundan isə 3:2 hesablı qələbə ilə ayrılaraq, II təsnifat mərhələsinə yüksəlib. Növbəti mərhələdə "bankirlər"in rəqibi İsveç "Elfsborq"u olacaq.
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |