"Qəbələ”nin futbolçusu Ruslan Abışovun Sportnet.az-a müsahibəsi
- Qış fasiləsindən sonra zədə üzündən hələ də meydana çıxmamısan. İndi vəziyyətin necədir?
- Yaxşıyam, fərdi məşqlərlə bərabər komandanın hazırlığında iştirak edirəm. Özümü yaxşı hiss edirəm.
- Belində ağrılar qalmayıb ki?
- Yox, tam sağalmışam.
- Növbəti oyunda adın iştirak ərizəsinə düşə bilərmi?
- Çox güman ki, heyətdə olaram.
- Əsas heyətdə meydana çıxmağa özünü hazır sayırsanmı?
- Hələ fiziki durumun istənilən səviyyədə deyil. Buna görə də tələsmək lazım deyil. Yavaş-yavaş hər şey qaydasına düşəcək. Məşqçilərimiz də tez-tez vəziyyətimi soruşurlar. İnşallah, qarşıdakı oyunlara hazır olaram.
- Millimizin baş məşqçisi Robert Prosineçki vəziyyətinlə maraqlanıb?
- Millinin həkimləri tez-tez maraqlanır. Dörd gün əvvəl danışdıq. Hər şeyin yaxşı olduğunu bildirdim.
- "Qəbələ”nin qış fasiləsindən sonra çıxışını necə dəyərləndirərdin?
- İlk oyunu çıxsaq yaxşı. Məncə, "Kəpəz” ilə Gəncədəki matçda 0:3 hesablı məğlubiyyətdə meydan amilinin təsiri oldu. Sonrakı 3 oyunda əsas nəticədir ki, onu da qazanırıq. Elə matçlar olacaq ki, orda oyun yox, nəticə vacib olacaq. Məncə, fərq etməz pis-yaxşı oyun. Qalib gəlmək həmişə pis şeyləri unutdurur.
- Qarşıdakı 2 oyunun keçmiş komandaların – "Xəzər Lənkəran” ilə "Neftçi” ilə olacaq. Həmin matçlar haqda və xüsusilə "Xəzər Lənkəran”ın hazırkı durumi haqda nə deyə bilərdin?
- Rəqiblər haqda danışmaq istəməzdim. Amma keçmiş komandalarımın durumun əvvəlki illərdə olduğu kimi, onları hər zaman ilk "4-lük”də görmək istəyərdəm. Çox təəssüf ki, indi elə deyil. Amma hər şeyin düzələcəyinə sona kimi inanmaq lazımdır.
Mehman SÜLEYMANOV