1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Sumqayıt" elə-belə komanda deyil"
"Oyun doğrudan da maraqlı keçdi, komandalar təzyiq altında oynadılar". Sportnet.az-ın məlumatına görə, bunu "Kəpəz"in baş məşqçisi Şahin Diniyev evdə "Sumqayıt"la 0:0 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXIII tur matçından sonra deyib.
Diniyev komandasının oyunundan tam razı qaldığını bildirib. Onun fikrincə, yalnız qol çatışmayıb. Təcrübəli mütəxəssis rəqibi tərifləməyi də unutmayıb: "Heyətdə problemlər var idi, zədə səbəbindən Junior Osvaldonun oynamaması müəyyən problemlər yaratdı. Komanda meydanda bacardığından da çoxunu elədi. Rəqibi də oyuna görə təbrik edirəm. "Sumqayıt” mənim ən çox sevdiyim komandalardan biridir. Sürətli futbol oynayırlar, tez hücuma atılırlar. Düşünürəm ki, bu gün biz belə həmlələrin qarşısını ala bildik. Rəqib elə-belə komanda deyil. Liderlərə problem yaradan və yaxşı oyun göstərən kollektivdir. Baş məşqçi Samir Abasovun işi görünür”.