1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Qurban Qurbanov: "Qalib heyəti dəyişməzlər" fikri yoxdur"
"Çox gərgin oyun oldu. Müdafiədə intizamlı çıxış edən komandaya qarşı oynayırdıq. Rəqib oyuna çox ciddi hazırlaşmışdı”. Sportnet.az-ın məlumatına görə, bu sözləri "İnter”lə oyunda sonra "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Təcrübəli mütəxəssis 1:1 hesabı ilə yekunlaşan görüşü belə şərh edib: "Açığı rəqib düşündüyümüz kimi oynadı. Bir epizodda diqqətsizlik etdik və qol buraxdıq". Ancaq ikinci hissədə sürət və mübarizə artdı. Bir xal qazandıq. Xalımızı bir xal da artırdıq. Pis nəticə deməzdim. "İnter"lə oyunda həmişə olduğu kimi həm maraqlı, həm də çətin oldu. Həm "İnter", həm də "Qarabağ"a uğurlar arzulayıram. Dəstəyə görə azarkeşlərimizə də təşəkkür edirəm. Bu oyunda itiriləsi bir şey yox idi. 3 dəyişiklik etmişdim və irəlidə daha çox oyunçunun olması lazımlı idi. Bu səbəbdən Rəşadı da irəli göndərdik. Bir neçə dəfə belə hal olub və bu gün də təkrarlandı. Bir və ya iki sıfır hesablı məğlubiyyət önəmli deyil"
Qurbanov rəqibin müdafiə xəttində inamlı çıxış etdiyini vurğulayıb: "1 saata yaxın rəqib qapısına zərbə vura bilmirdik. Rəqibin müdafiəçi xəttində təcrüəbli futbolçular var və belə komandaya qarşı tez-tez qol epizodu yaratmaq çətindir. Bunun üçün 90 dəqiqə eyni tempdə oynamaq lazımdır. Bizi qarşıda çətin və ağır oyunlar gözləyir. Riçardı ortada saxladıq. "Neftçi" ilə oyunda solda oynayırdı. Bugün isə 4 oyunçumuz tam ortada idi. Çünki ortada topla davranmaq lazım idi. Belə komanaya qaşrı oynamaq çətindir. Çünki rəqib boşluqlar verməyən komandadır. Rəqib açıq oyuna üstünlük versə bizim üçün daha rahat olardı. Bəlkə udar, ya uduzardıq. Ancaq bizim üçün daha rahat olardı. Müdafiə oynayan komandaya qarşı mübarizə aparmaq bir az çətindir”.
Baş məşqçi ötən tur "Neftçi"yə 2:0 hesabı ilə qalib gəldikləri oyundakı heyətlə müqayisədə dəyişikliyə əl atmasında qeyri-adi bir şey olmadığını əlavə edib: "Qalib heyəti dəyişməzlər" fikri yoxdur. Bəzən rəqib, bəzən oyun tələb edir ki, heyəti dəyişək. "Neftçi" ilə oyunla müqayisədə Rahid Əmirquliyevi ehtiyatda saxlayıb, Qara Qarayevi start heyətdə meydana buraxmışdıq. Heyət dəyişikliklərini qarşıdakı oyunda da görəcəksiniz".
"Qarabağ”ın çalışdırıcısı sonda İcraiyyə Komitəsinə namizəd olmasına da münasibət bildirib: "Hələ ki hər hansı təkliflə bağlı düşüncəm yoxdu. Çünki heç nə məlum deyil. Üstəlik, orada tək bir nəfərin fikri əsas deyil, ümumilikdə qərar verilir”.