Azərbaycanlı FIFA referiləri UEFA tərəfindən yeni təyinat alıb. Sportnet.az-ın məlumatına görə, Avropa Liqasında oyun idarə etmiş referi Əliyar Ağayev bu dəfə Belçikada meydanda çıxacaq.
O, UEFA Gənclər Liqasında "Anderlext"lə İspaniya "Barselona"sı arasında keçiriləcək matçın baş hakimi olacaq. Martın 8-də keçiriləcək qarşılaşmada Ə.Ağayevə Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcək.
8 mart
UEFA Gənclər Liqası
"Anderlext” (Belçika) – "Barselona” (İspaniya)
Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov
22-27 mart
U-17 qızlar, elit-raund
Şimali İrlandiya, Danimarka, İspaniya, Ukrayna
Səbayel Qurbanova, Xəyalə Əzizzadə
23-30 mart
U-19, elit-raund
Hollandiya, Polşa, Ukrayna, Şimali İrlandiya
Rəhim Həsənov, Namiq Hüseynov
24-29 mart
U-17 qızlar, elit-raund
Belçika, İngiltərə, İslandiya, Serbiya
Yuliya Larionova, Aybəniz Əsgərzadə