"Oyundan razı qaldım. Kubok matçları həmişə gərgin keçir". Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Azərbaycan Kubokunun 1/4 finalında "Zirə" ilə səfər oyunundan sonra deyib.
Ukraynalı mütəxəssis komandasının çıxışını müsbət qiyətləndirib: "Nəzərə almaq lazımdır ki, sıx qrafiklə oynayırıq. Bu mənada həm də nəticədən razı qaldım. Layiqli qələbə qazandıq".
Baş məşqçi oyunun hakimləri bağlı danışmaq istəmədiyini də bildirib: "Bu barədə mütəxəssislər danışsa, daha yaxşı olar".
Qeyd edək ki, "Qəbələ" "Zirə" ilə səfər oyununda 2:1 hesablı qələbə qazanıb.