Azərbaycan Premyer Liqanın XXIV turunun hakimləri açıqlanıb. Sportnet.az-ın məlumatına görə, ikinci yarım mövsümdə Premyer Liqada oyun idarə etməyən Orxan Məmmədov bu dəfə Lənkəranda iş başında olacaq.
Onun 2016-cı ildə idarə etdiyi yeganə rəsmi görüş Azərbaycan Kubokunun 1/4 finalının "Qarabağ" - "Sumqayıt" oyunu olub.
O, "Xəzər Lənkəran" - AZAL oyununa təyinat alıb. Turnir cədvəlinin ilk iki pilləsinin sahibləri - "Qarabağ" və "Zirə" arasında keçiriləcək matçın baş hakimi isə Əliyar Ağayev olacaq.
5 mart (şənbə)
15:00. "Neftçi” – "Qəbələ”
Hakimlər: Ömər Paşayev, Vaqif Musayev, Akif Əmirəli, Rəhim Həsənov
"Bakcell Arena” (CBC Sport)
18:00. "Qarabağ” – "Zirə”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, İnqilab Məmmədov
"Azərsun Arena” (CBC sport)
14:00. "Xəzər Lənkəran” – AZAL
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Mehman Mahmudov, Ziya Nəsirov
"Xəzər Lənkəran” mərkəzi stadionu, 14:00
17:00. "Sumqayıt” – "İnter”
Hakimlər: Rauf Cabbarov, İsgəndər Əliyev, Nahid Əliyev, Rəvan Həmzəzadə
"Kapital Bank Arena”
6 mart (bazar)
16:00. "Rəvan” – "Kəpəz”
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Vüsal Qənbərov, Fariz Yusifov
"Bayıl Arena”, (CBC Sport)