1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Çingiz Abdullayev: "Ən birinci utanmalı şəxs mənəm"
"Oyundan sonra Əsgər Abdullayevlə heç bir görüşüm, söhbətim olmayıb. O, hələ ki, baş məşqçimizdir. Klubdakı taleyinə, növbəti oyuna komandanı kimin çıxaracağına Müşahidə Şurası qərar verəcək". Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ"yə 1:2 hesablı məğlubiyyətdən sonra "Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev deyib.
Xalq yazıçısı baş məşqçi axtarışlarına başlayacaqlarını bildirib. Onun fikrincə, "Neftçi"nin baş məşqçisi komandanın adına layiq, yaxşı, səviyyəli mütəxəssis olmalıdır: "Ancaq bu, o demək deyil ki, mütləq əcnəbi olacaq. Görürsünüz, Qurban Qurbanov yerli mütəxəssisdir, "Qarabağ" onunla uğurlar qazanır. Əslində, Əsgər Abdullayevlə 2015-ci ilin sonunadək anlaşmışdıq. Amma manatın ikinci devalvasiyası və Emil Mpenzaya olan borcumuz üzündən ondan xahiş etdik ki, bir müddət də postunda qalsın".
"Qəbələ"yə məğlubiyyətdən və AZAL-ın "Xəzər Lənkəran"ı səfərdə 1:0 hesabı ilə məğlub etməsindən sonra "Neftçi" 7-ci pilləyə enib. Ç.Abdullayev bu mövqenin qətiyyən qaneedici olmadığını bildirib: "Komanda indi bu yerdədirsə, ən birinci utanmalı olan insan mənəm. Görünür, mən lazımınca tələbkar olmamışam, günahlarım, səhvlərim olub".