"Neftçi” – "Qəbələ” oyununda qol vuranlar ilkə imza atıblar. Sportnet.az-ın məlumatına görə, "Bakcell Arena"da keçirilən matçda hesabı açan Salas Quinta Antonio nəinki "ağ-qaralar”da, ümumiyyətlə, ölkəmizdə ilk qolunu vurub. Anyete kimi tanınan 31 yaşlı ispan hücumçu bunun üçün 24 tur gözləməli olub.
"Qəbələ”nin braziliyalı müdafiəçisi Rafael Santos da ilk qolunu vurub. Ancaq 32 yaşlı braziliyalı müdafiəçi bunun üçün 2 il gözləməli olub. Rafael 2014-cü ilin qışından "qırmızı-qara” formada ölkəmizdə çıxış edir.
77-ci dəqidədə oyuna girərək bundan 13 dəqiqə sonra qələbə topunun müəllifi olan Rəşad Eyyubov isə "Qəbələ"də qol hesabını açıb. 24 yaşlı yarımmüdafiəçi cari mövsümdə yeganə qolunu qış fasiləsinədək oynadığı "Kəpəz” vurmuşdu. Bu, 7-ci turda "Rəvan”ıla ev oyununun (3:1) 90+2-ci dəqiqəsində olmuşdu. Yəni hər halda son dəqiqələrdə fərqlənən Rəşad komandasına qələbə qazandırıb.
Mehman Süleymanov