"Zirə” tarixinin ən böyükhesablı məğlubiyyətini yaşayıb. Sportnet.az-ın məlumatına görə, bu, Azərbaycan kubokunun 1/4 final mərhələsində "Qəbələ” ilə səfərdə keçirilən cavab matçında olub. Adil Şükürovun yetirmələri meydanı 1:5 hesablı məğlubiyyətlə tərk edərək, həm kubokda mübarizəni dayandırıb, həm də ən böyük fərqllə uduzublar.
Premyer Liqada debüt mövsümünü keçirən "Zirə"nin bunadək ən böyükhesablı yenilgisi "Qarabağ”la səfər matçında olmuşdu – 1:4.
Zirəlilər kubok matçlarını da nəzərə alsaq, ardıcıl 3 oyundur uduzur ki, bu da cari mövsümdə onun üçün antirekorddur. Komanda "Qəbələ”yə ilk oyunda 1:2 hesabı ilə yenildikdən sonra səfərdə "Qarabağ”la çempionat matçında 2 top fərqi ilə məğlub olub – 0:2. Maraqlıdır ki, "Zirə” növbəti turda da "Qəbələ”nin qonağı olacaq.
Qeyd edək ki, Zirə təmsilçisi 2-ci ildir peşəkar səviyyədə çıxış edir və ötən mövsüm mübarizə apardığı I Divizionda 5-ci yeri tutub.