Bu gün AFFA-nın Hesabat-Seçki Konfransı çərçivəsində "Xəzər Lənkəran" Futbol Klubunun vitse-prezidenti Tuyqun Nadirov və UEFA-nın baş katibi Teodor Teodoridis arasında təkbətək görüş keçirilib. Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, görüş zamanı qitə futbol qurumunun rəsmisi "Xəzər Lənkəran" haqqında ətraflı məlumatlandırılıb.
Teodorisə klubun tarixi, infrastrukturu, fəaliyyəti, eləcə də akademiyanın nailiyyətləri barədə ətraflı məlumat verilib. Baş katib Azərbaycana növbəti səfəri çərçivəsində Lənkərana gələcəyini bildirib.