1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Roman Qriqorçuk: "Nadir hallarda 2 qol buraxırıq"
"Rəqibi təbrik edirəm. Çox vacib xallar itirdik. Bu da mənfi məqamdır". Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk evdə "Zirə"yə 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXV tur matçından sonra deyib.
Ukraynalı mütəxəssisin fikrincə, komandası məğlubiyyətə layiq deyildi: "Təəssüf ki, belə alındı. Rəqib bizim müdafiədəki azsaylı səhvlərdən yararlanıb, qələbə qazandı. "Zirə” ilə 3 çempionat və 2 kubok oyunundan ümumiləşdirib danışmazdım. Hər oyuna ayrılıqda baxırıq. Premyer Liqada qalib gələ bilmədiyimiz 3 oyundan heç birində rəqib bizdən üstün olmayıb. Onların hamısında qalib gəlməli idik. Bu dəfə də istisna olmadı".
Qriqorçuk bildirib ki, qalib gəlmək üçün komandası həm yaxşı oynamalı, həm də hadisələrin axarı uğurlu olmalıdır. Onun sözlərinə görə, bu uğur, nə də digər məqamlar "Qəbələ"nin lehinə olub: "Az səhv etsək də 2 top buraxdıq. Biz çox nadir hallarda 2 qol buraxırıq. Bu gün də belə oldu. Ayağında ağrılar olduğundan Aleksey Qayı məcburi əvəzlədik. O, bizim üçün vacib oyunçudur. Bu, məğlubiyyətə səbəblərdən biri idi. Lakin mükafatlar uğrunda mübarizə aparan komanda bir oyunçudan asılı olmamalıdır. Onun yoxluğunda da ciddi fərq görmədim. Deməzdim ki, ikinci hissədə pis oynadıq. Çünki qol imkanlarımız oldu. Rəqib isə səhvlərdən uğurla istifadə etdi”.
Qeyd edək ki, bu məğlubiyyətdən sonra 41 xalla 3-cü pillədə qalan "Qəbələ" 2-ci pillədəki "Zirə"dən 6 xal geri düşüb.