1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ"ni udan komandaya iş açıldı
Bakı. 16 mart. REPORT.AZ/ UEFA Almaniyanın "Borussiya" klubuna qarşı iş açıb. Sportnet.az-ın məlumatına görə, buna səbəb Avropa Liqasının 1/8 final mərhələsinin Dortmundda keçirilmiş ilk oyununda İngiltərə "Tottenhem"inin 17 azarkeşinin xəsarət almasıdır.
Həmin oyun vaxtı təhlükəsizlik lazımi səviyyədə təmin olunmayıb və "Siqnal İduna Park"ın girişində izdiham yaranıb. Bunun qarşısını almaq istəyən təhlükəsizlik əməkdaşları azarkeşlərə qarşı bibər qazı və rezin dəyənəklərdən istifadə edib. Martın 10-da keçirilmiş həmin görüşdə "Borussiya" 3:0 hesabı ilə qələbə qazanıb.
UEFA-nın Nəzarət və İntizam Komitəsi və Etika Komitəsi mayın 19-da məsələ ilə bağlı iclas keçirərək qərar verəcək.
Qeyd edək ki, Dortmund təmsilçisi "Qəbələ" ilə eyni qrupda mübarizə aparıb. Bakıda 1:3 hesablı məğlubiyyətlə üzləşən "Qəbələ" səfər görüşündən böyük hesablı məğlubiyyətlə ayrılıb - 0:4.