Salvador yığmasının baş məşqçisi Ramon Maradiaqa "Zirə"nin hücumçusu Nelson Bonilyaya hələ də əsas heyət üzvü kimi güvənmir. Sportnet.az-ın məlumatına görə, hazırda Salvador çempionatında çıxış edən "Çalatelanqo"nun kolumbiyalı hücumçusu Bladimir Diasın milliləşdirilməsi gündəmdədir.
24 yaşlı hücumçu 12 turda 7 dəfə fərqlənib.
Qeyd edək ki, Bonilya 25 turdan sonra 10 qolla Azərbaycan Premyer Liqasının bombardirlər siyahısına başçılıq edir.













































































