1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ" 500-ci qoluna imza atdı
"Qəbələ” tarixində 500-cü qolu vurub. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, tarixi qol Topaz Premyer Liqasının XXVI turunun "Qarabağ”la oyununa (1:2) təsadüf edib.
Həmin matçadək rəsmi oyunlarda 499 dəfə fərqlənən "qırmızı-qaralar”ın yubiley qoluna Sergey Zenyov imza atıb. Estoniyalı legionerin "Qəbələ"nin 11 illik tarixində vurduğu 500-cü qol 389-cu matça təsadüf edib.
İlk rəsmi oyununu 2005-ci il sentyabrın 21-də, I dəstədə oynadığı vaxt keçirən komandamız Premyer Liqada 345, I dəstədə 72, Azərbaycan kubokunda da 72, avrokuboklarda 11 dəfə fərqlənib. Penaltilər seriyaları və nəticəsi ləğv olunan qarşılaşmalar nəzərə alınmamaqla vurulan bu topların 283-ü evdə, 216-sı səfərdə, 1-i neytral meydanda qeydə alınıb.
Bu, "qırmızı-qara” formada 39-cu görüşə çıxan Zenyovun 4-cü qoludur.
1-ci qol – İlqar İbrahimov (öz qapısına)
21.09.2005. "Göy-Göl” – "Şərur” – 8:0 (I dəstə)
100-cü qol – Vitali Balamestnı
07.04.2007. Gilan” – "Simurq” – 3:1 (Premyer Liqa)
200-cü qol – Tomaş Stolpa
20.11.2009. "Standard” – "Qəbələ” – 1:2 (Premyer Liqa)
300-cü qol – Viktor Mendi
29.04.2012. "Qəbələ” – "Bakı” – 4:0 (Premyer Liqa)
400-cü qol – Dodo
13.09.2014. "Simurq” – "Qəbələ” – 1:2 (Premyer Liqa)
500-cü qol – Sergey Zenyov
19.03.2016. "Qəbələ” – "Qarabağ” – 1:2 (Premyer Liqa)