"Çelsi” və "Real”ın sabiq futbolçusu Maykl Essyenin karyerasını Azərbaycanda davam etdirmək variantı yaranıb. Sportnet.az-ın məlumatına görə, "Patatinakos”un 34 yaşlı qanalı yarımmüdafiəçisinin "Qarabağ”a keçəcəyi haqda məlumatlar yayılıb.a
Yunanıstan mətbuatı ardıcıl 3-cü mövsüm çempionluğa doğru edən Ağdam təmsilçisinin Çempionlar Liqasında heyətini gücləndirmək məqsədilə Essyeni heyətinə cəlb edəcəyini yazıb. Digər variantları da olan Mayklın transferində "Qarabağ”ın əsas variant olduğu bildirilir.
Uzun illər Qana yığmasının liderlərindən də olmuş Essyen ötən yay "Panatinaikos”la 2 illik müqavilə imzalayıb. Ancaq o, zədə üzündən həmin vaxt "Qəbələ” ilə Avropa Liqasının pley-off mərhələsinin matçlarında iştirak etməyib. Zədə üzündən mövsümün ilk yarısını buraxmalı olan Maylk yalnız noyabrın sonunda yaşıl meydana qayıda bilib. Dayaq yarımmüdafiəçisi Afina klubunun heyətində keçirdiyi 12 oyund 1 qol vurub. Futbolçu ilə klub əməkdaşlığın davam etdirilməsində maraqlı olmadığından, müqavilənin pozulacağı və qanalının özünə yeni klub tapmalı olduğu deyilir.
Xatırladaq ki, Esyyen karyerasını ən yaxşı illərini 2004-13-cü illərdə şərəfini qoruduğu "Çelsi”də keçirib. O, London təmsilçisi ilə 2 dəfə ölkə çempionluğu ilə yanaşı, Çempionlar Liqasını qazanıb. Maykl Fransada "Lion”, İtaliyada "Milan”da oynayıb.