"Qarabağ” "Qalatasaray”la martın 29-da Bakıda planlaşdırılan yoldaşlıq görüşünün baş tutmayacağını təsdiqləyib. Ağdam klubunun direktoru Əmrah Çəlikəl Sportnet.az-a açıqlamasında bunu bildirib. Onun sözlərinə görə, oyunun olmayacağı komandalarla bağlı deyil: "Matçın keçirilməsi istəyi vardı. Mənə elə gəlir ki, "Qalatasaray” tərəfi də razılıq vermişdi. Ancaq təşkilatı işlərində nələrsə vaxtında yetişmədi. Buna görə oyun ləğv olundu. Bu, dəqiq məlumatdır”.
Qeyd edək ki, matç Türk Hava Yollarının Azərbaycandakı fəaliyyətinin 25 illik yubileyi münasibətilə planlaşdırılırdı.