"Qəbələ"nin futbolçusu Sergey Zenyov Estoniya yığmasının heyətində növbəti oyuna çıxıb. Sportnet.az-ın məlumatına görə, 27 yaşlı hücumçu Norveçlə yoldaşlıq görüşündə forma geyinib.
Start heyətində meydana daxil olan Zenyov sonadək oynayıb. Matç qolsuz bərabərliklə nəticələnib.
Qeyd edək ki, Norveç millisi DÇ-2018-in seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alıb.



















































































