"Xəzər Lənkəran"ın sabiq futbolçusu Ahmet Dursun Türkiyənin 2-ci həvəskarlar liqasında çıxış edəcək. Sportnet.az-ın məlumatına görə, 38 yaşlı hücumçu "Büyükderespor"un uğurları üçün çalışacaq.
Onun "Büyükderespor"da oynayan dostu Evren Turhanın xahişi ilə keçidə razılıq verdiyi bildirilir. Lakin futbolçu bir müddət yeni komandasında forma geyinə bilməyəcək. Buna səbəb Dursunun qış fasilsində keçirilmiş 4 böyüklərin turnirində zədələnməsidir.
Qeyd edək ki, 2009-cu ilin fevralında "Xəzər Lənkəran"la müqavilə imzalayan Ahmet Dursun mövsüm sonunadək komandada qalıb. O, futbolçu karyerası ərzində "Beşiktaş", "İstanbulspor", "Antalyaspor", "Ankaragücü", "Tianjin Teda" (Çin) klublarının formasını geyinib.