"Qəbələ” klubu bu gün
təlim-məşq toplanışının ikinci hissəsinin təşkili məqsədi ilə Hollandiyaya
yollanıb. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Arnem bölgəsində məskunlaşacaq "qara-qırmızılar”hazırlıq çərçivəsində 4 yoxlama oyunu
keçirəcək.
Avropa Liqasının I təsnifat mərhələsində 2 oyunun nəticəsinə görə Bosniya və Herseqovinanın "Şiroki Briyeq" komandasına 0:5 məğlub olan Dorinel Muntyanunun komandası iyulun 27-si Vətənə dönəcək.
Qeyd edək ki, "Qəbələ”nin Hollandiyaya yollanacağı xəbərini ilk olaraq Sportnet.az yayıb.