"Oyundan sonra da soyunub-geyinmә otağında dedim ki, "Xәzәr Lәnkәran" yaxşı oynadı. Elbrus Mәmmәdov yaxşı komanda qurub. 1999-cu, 1998-ci il tәvәllüdlü futbolçularla belә komanda qurublar". Sportnet.az-ın məlumatına görə, bunu "Sumqayıt"ın baş məşqçisi Samir Abasov evdə "Xəzər Lənkəran"ı 2:1 hesabı ilə yendikləri Azərbaycan Premyer Liqasının XXVII tur matçından sonra deyib.
O, komandasının bəxtinin gətirdiyini bildirib: "Bu biabırçı oyuna görә azarkeşlәrdәn üzr istәyirәm. Çox pis oynadıq. Fikrimcә, tәlәskәnlik komandanı bu qәdәr sәhv etmәyә vadar etdi. Amma bəxtimiz gətirdi".






































































