1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Xəzər Lənkəran" 149 gündən sonra
Azərbaycan Premyer Liqasında ardıcıl 15 tur qol vura bilməyən "Xəzər Lənkəran"ın uğursuz seriyası qırılıb. Sportnet.az-ın məlumatına görə, əyalət klubu XXVII turun "Sumqayıt"la səfər oyununun (1:2) 49-cu dəqiqəsində qolsuzluğa son qoyub.
Rəqib qapısına yol tapan Zaman Mirzəzadə 149 gündən sonra komandasının azarkeşlərinə qol sevinci yaşadıb. Lənkəran təmsilçisinin heyətində sonuncu dəfə 2015-ci il noyabrın 2-də səfərdə "Rəvan"a 1:0 hesabı ilə qalib gəldiyi matçda, Elnur Cəfərovun 80-ci dəqiqədə fərqlənmişdi. Komandanın 1409 dəqiqə davam edən 15 turluq seriyası ölkə çempionatları tarixinin antirekordudur. Cari mövsümədək ən uzun qolsuz seriya Sumqayıt "Xəzər”inə məxsus idi. 2003/04 mövsümündə "Gənclik şəhəri" klubu 9 oyun qol vura bilməmişdi. 2004/05 mövsümündə MOİK, 2010/11 mövsümündə isə "Kəpəz" 8 turluq seriyaya üzülmüşdü.
Qeyd edək ki, "Sumqayıt" – "Xəzər Lənkəran" matçında meydan sahibləri 2:1 hesabı ilə qalib gəlib.