"Real Madrid”in portuqaliyalı futbolçusu Kriştianu Ronaldu bu klubun əfsanəvi futbolçularından olan Raul Qonsalesi keçib. Sportnet.az-ın məlumatına görə, 31 yaşlı hücumçu "Barselona” ilə dünənki səfər matçında (2:1) qələbə topu vurmaqla yanaşı, "El Klasiko”da 16-cı qoluna imza atıb.
Bununla da Ronaldu həmin derbidə 15 dəfə fərlqənən Raulu arxada qoyub. "El Klasiko”nun bombardiri isə "Barselona”nın argentinalı lideri Lionel Messidir. – 21 qol. İkicni yerdə 18 qolla "Real”ın əfsanəvi hücumçusu Alfredo Di Stefano yer alıb.
Ronaldo eyni zamanda"El Klasiko”da səfərdə 10-ci qoluna imza atıb. Bu göstəricidə də lider Messidir (12 qol). "Real”dan "Barselona”ya onun meydanında ən çox qol vuran (11 dəfə) sabiq yarımmüdafiəçisi Fransiko Xenodur.